Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı

24 Mart 2024 00:02

Ramazan ayının on dördüncü günüdür.

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən,  imsak vaxtı saat 05:11-də, iftar vaxtı isə 19:11-dədir.

İmsak duası:

"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!"

Tərcüməsi:

"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"

İftar duası:

"Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli!"

Tərcüməsi: 

"İlahi, Sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül edirəm!"

Allah orucunuzu qəbul eləsin!

Milli.Az