Blinken: "Rusiya xalqı ilə həmrəyik"

23 Mart 2024 22:08

ABŞ martın 22-də Moskvada törədilən terror aktını qətiyyətlə pisləyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib.

"Biz bu dəhşətli hadisədən sonra baş vermiş insan itkisinə görə kədərlənən Rusiya xalqı ilə həmrəyik", - deyə qeyd olunub.

Milli.Az