Ərdoğan Putinə başsağlığı verdi

23 Mart 2024 19:18

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

O, günahsız insanları alçaqcasına hədəf alan mənfur terror aktını qınadığını da vurğulayıb.

Qeyd olunub ki, Ərdoğan Moskvada baş verən terror aktına görə başsağlığı verib.

Milli.Az