Bu ölkə terrorizmin yayılma mərkəzinə çevrilib - Zaxarova

23 Mart 2024 18:13

Ukrayna Qərb rejimlərinin əli ilə 10 ildir ki, Avropada terrorun yayılması mərkəzinə çevrilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında bildirib.

O, diqqəti bu hücumdan sonra terrorçuların Ukraynada gizlənmək planına yönəldib:

"Eyni ölkə Qərb liberal rejimlərinin əli ilə on ildir ki, Avropada terrorizmin yayılması mərkəzinə çevrilir və ekstremist çılğınlıqda hətta Kosovanı da üstələyir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun