Rusiya - Paraqvay oyunu təxirə salındı

23 Mart 2024 10:57

Martın 25-si Moskvada keçirilməsi planlaşdırılan Rusiya - Paraqvay yoxlama oyunu təxirə salınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.

Bilirilib ki, qərar dünən "Crocus City Hall"da törədilən terror aktı səbəbindən verilib.

Qarşılaşma qeyri-müəyyən vaxta keçirilib.

Qeyd edək ki, Rusiya millisi martın 21-də Moskvada Serbiya millisi ilə yoxlama oyunu keçirmiş və 4:0 hesabı ilə qələbə qazanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun