Hücumda şübhəli bilinən 2 nəfər saxlanıldı

23 Mart 2024 10:15

Bryansk vilayətində Crocus City Hall-a hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: ikisi saxlanılıb, daha dörd nəfər isə qaça bilib.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. İndi onlarla təhlükəsizlik işçiləri işləyir - onların terror aktında iştirakı yoxlanılır.

Hazırda daha dörd nəfər axtarılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun