Ölümcül qızdırmanın peyvəndi hazırdır
7 İyun 2012 15:49
Milli.Az "Reuters"ə istinadən bildirir ki, yeni peyvəndlə bağlı Taylandda 4 min uşaq üzərində aparılmış sınağın nəticələri sentyabrda açıqlanacaq.
"Sanofi" peyvəndi əldə etmək üçün yeni fabrikin istifadəyə verilməsinə 350 milyon dollar xərcləyib. Lakin şirkət uğur qazanacağı təqdirdə milyardlarla dollar qazanmağı düşünür.
"Sanofi" ilk növbədə Denqe qızdırmasının endemik sayıldığı ölkələrdə satışa icazə almaq fikrindədir. Həmin ölkələr arasında Avstraliya, Malayziya, Sinqapur, Tayland və Meksika var.
Mütəxəssislərin dediklərinə görə, "Sanofi"nin hazırladığı peyvəndin effektivliyi 75-80 faizdir.
Milli.Az