Filarmoniyada “Baharın səsi” adlı konsert keçirilib - FOTO

22 Mart 2024 16:31

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Baharın səsi" adlı konsert keçirilib.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli Adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və solistlər - Respublika və beynəlxalq müsabiqələrin laureatları Atəş Qarayev (tenor), Nigar Əsgərovanın (soprano) ifasında Ü.Hacıbəyli "Arşın mal alan" operettasından Əsgərin və Gülçöhrənin ariyaları, F.Əmirov "Azərbaycan" süitası, A.Əlizadə "Babək" baletindən fraqmentlər, X.Mirzəzadə "Bağ mövsümü" kinofilmindən "Gəzinti", Q.Qarayev  "Dəniz neftçiləri haqqında povest" kinofilmindən Vals, T.Quliyev "Laylay", Niyazi "Vətən haqqında nəğmə" və "Qaytağı" səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az