Misirdə qadınlar muzeyi yaradılacaq

22 Mart 2024 10:17

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə misirli qadınlar muzeyinin yaradılmasına dair göstəriş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Misir lideri bu barədə Beynəlxalq Analar Günü və Misir Qadınlar Günü ilə bağlı keçirilən tədbirdə danışıb. 

O vurğulayıb ki, muzeyin yaradılmasında məqsəd misirli qadınların irsini qorumaq, eləcə də qədim və müasir Misirdə onların hüquq və imkanlarının genişləndirilməsi prosesini sənədləşdirməkdir. 

Əs-Sisi qeyd edib ki, muzey yeni inzibati paytaxtda yerləşəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun