İndoneziyada güclü zəlzələ oldu

22 Mart 2024 09:58

İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 2 milyon 370 min əhalinin yaşadığı Surabaya şəhərindən 167 km şimal-qərbdə olub.

Zəlzələ ocağı yerin 10 km dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun