Şəmkirdə dəhşət: Bir ailənin üç üzvü... - YENİLƏNİB

22 Mart 2024 00:20

Şəmkirdə keçmiş həyat yoldaşı və onun valideynlərinə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Heydərovdur.

Faktla bağlı araşdırma davam etdirilir.

--------

23:50

Şəmkirdə bir ailənin üç üzvünün bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və qızları, 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

-------

23:43

Şəmkirdə bıçaqlanma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

52 yaşlı İlham Hüseynov, 29 yaşlı Nübar Qənbərli və 48 yaşlı Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədiriliblər.

Dərhal yaralılara yardım edilib.

İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, onları ailənin keçmiş kürəkəni bıçaqlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun