Ukrayna və NATO arasında kritik görüş: əsas prioritet...

21 Mart 2024 18:22

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauerlə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Sırski Teleqram hesabında paylaşım edib.

"Ukrayna müdafiə qüvvələrinin əsas ehtiyaclarını müzakirə etdik. Əsas prioritetlər sursat və hava hücumundan müdafiədir. NATO-dakı həmkarlarıma Ukraynaya hərtərəfli və ardıcıl dəstəyə görə təşəkkür etdim", - Sırski qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun