“Mercedes-Benz” minlərlə avtomobilini geri çağıracaq

21 Mart 2024 18:38

"Mercedes-Benz" şirkəti 116 min GLE və GLS avtomobilini təmir üçün geri çağıracaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, belə maşınlarda yerləndirmə (elektrik cərəyanını yerə ötürmə) kabeli düzgün quraşdırılmayıb. Bu texniki qüsur qısaqapanmaya səbəb ola bilər ki, yekunda yanğın riski artır.

Dilerlər yerləndirmə kabelini yoxlayacaq və onu düzgün quraşdıracaqlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun