Ukraynanı uduzmağa qoymayacağıq - Ostin

21 Mart 2024 18:32

ABŞ və müttəfiqləri Ukraynanın Rusiyanın hərbi təcavüzünə boyun əyməsinə imkan verməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

O, ABŞ Konqresinin Ukraynaya hərbi yardımı təsdiqləməkdə çıxılmaz vəziyyətə düşməsinə baxmayaraq, ölkəsinin Ukraynanın Rusiyaya qarşı mübarizə səylərini dəstəkləməyə davam edəcəyini vəd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun