Husilər Rusiya və Çinlə razılaşdı

21 Mart 2024 18:19

Husilər Çin və Rusiya ilə gəmilərin Qırmızı dənizdən təhlükəsiz keçməsi ilə bağlı razılığa gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Razılıq Omanda husilərlə Rusiya və Çin nümayəndələri arasında görüşdə əldə olunub.

Bunun müqabilində isə Çin və Rusiya husilərə BMT Təhlükəsizlik Şurasında və s. beynəlxalq platformalarda dəstək verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun