Türkiyədə bir neçə nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Tekirdağ-Çerkezköy avtomobil yolunda qeydə alınıb.
Belə ki, sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Qəzaya görə Tekirdağ-Çerkezköy quru yolu nəqliyyata bağlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun