Novruz bayramını öz evində qeyd edən keçmiş köçkünlərin sayı açıqlandı

21 Mart 2024 15:08

Bu il Novruz bayramını öz evində qeyd edən keçmiş məcburi köçkünlərin sayı məlum olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bu günədək, müasir tələblərə uyğun olaraq bərpa edilən və yenidən qurulan 5 yaşayış məntəqəsi üzrə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həyata keçirilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bu günədək Füzuli şəhərinə 596 ailə (2245 nəfər), Laçın şəhərinə 451 ailə (1705 nəfər), Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Tərtər rayonunun Talış kəndinə 20 ailə (90 nəfər), Laçın rayonunun Zabux kəndinə 211 ailə (808 nəfər) olmaqla, ümumilikdə 1453 ailənin (5719 nəfər) köçürülməsi həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun