Azərbaycanın ən yaşlı kəndirbazı: “Özümə rəqib tanımıram”

21 Mart 2024 11:40

"Hazırda Azərbaycanın ən yaşlı kəndirbazı mənəm. 1961-ci ildən kəndirbazlıq sənəti ilə məşğulam. Çünki bu, mənim ata sənətimdir".

Bunu Baku TV-yə açıqlamasında Azərbaycanın ən yaşlı kəndirbazı Rəşid Ələkbərov deyib.

75 yaşlı qocaman kəndirbaz yaşın onun üçün problem olmadığını söyləyib:

"Azərbaycanda elə bir rəqib tanımıram ki, mənimlə yarışa bilsin. Mənim üçün kəndirə çıxmaq əziyyətli deyil. Bir balaca çətinliyim gözlərimlə bağlıdır, çünki 1993-cü ildə gözümün birini itirmişəm".

O, sənəti ilə bağlı qarşılaşdığı ən yaddaqalan hadisədən də danışıb:

"Laçın rayonunda Şəlvə dərəsi deyilən bir yer var. Həmin ərazidə kəndir qurulduğu yerdən qopdu, yıxıldım. Şirin çay gətirdilər, onu içdim, durub yenidən kəndirə çıxdım".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun