Türk ordusu Şimali İraqdan qaçan terrorçuları saxladı

21 Mart 2024 09:02

Şimali İraqdan qaçan iki terrorçu Türk ordusu tərəfindən saxlanılıb

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz sosial media hesabından açıqlama verib.

"Türk hərbiçilərinin qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan iki PKK terrorçusu Habur sərhəd məntəqəmizə təslim olub", - deyə açıqlamada bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun