"Mercedes-Benz"in zavodunda "Apollon" adı verilən insanabənzər robot fəaliyyətə başlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, robot Birləşmiş Ştatların "Apptronik" şirkəti tərəfindən hazırlanıb.
Boyu 170 santimetr, çəkisi 73 kiloqram olan "Apollon" robot 25 kiloqram yük qaldırmağa qadirdir.
Robotun fabrikdəki vəzifələri - komponentlərin keyfiyyətini yoxlamaq və onları yığım hissəsinə daşımaqdır.
İnsanabənzər robotlara fiziki işlər, təkrarlanan gündəlik işlər həvalə ediləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun