Pakistanda kömür şaxtası partladı: 12 nəfər öldü

20 Mart 2024 14:47

Pakistanın Harnay rayonunda kömür şaxtasında partlayış baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, metan partlayışı baş verən zaman hadisə yerində 20 şaxtaçı olub. Onlardan 12-si həlak olub.

Qeyd edilib ki, zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun