Finlandiya yenə xoşbəxtdir

20 Mart 2024 11:36

Finlandiya yeddinci dəfə, dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik "Dünya Xoşbəxtlik Hesabatı"a əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir.

ABŞ isə siyahıda geriləyib. Belə ki, ötən il 15-ci yerdə qərarlaşan ölkə, 2024-cü ildə 23-cü yerə düşüb. Hətta ilk iyirmiliyə yeni daxil olan Kosta Rika və Litva kimi ölkələr Birləşmiş Ştatları geridə qoyub.

Buna səbəb kimi, ABŞ-də, xüsusən də gənclər arasında xoşbəxtlik səviyyəsinin aşağı düşməsi göstərilib.

Hesabatda sonuncu pillədə Əfqanıstan (143-cü) qərarlaşıb.

Qeyd edək ki, hesabatın dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun