Naxçıvanda birmərtəbəli ev yandı

20 Mart 2024 09:15

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun