Bakıda avtobus qəzaya uğradı, yaralanan var

20 Mart 2024 08:57

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Əsgərova Şəbnəm xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun