Rusiya qoşunları irəliləyə bilsə, Ukrayna Prezidenti Vladimir Zelenski paytaxtı Lvova köçürə bilər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.
"Zelenski orada Ukraynanın NATO-ya üzv olması üçün israr edəcək", - deyə o bildirib.
Makqreqor əlavə edib ki, Odessa və Qara dəniz sahilində yerləşən digər şəhərlər yaxın gələcəkdə Rusiyanın bir hissəsi ola bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun