“Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

20 Mart 2024 06:30

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq "FIFA series - Edition 2024" layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun