Mişeldən məktub: AB-də islahatlara hazırlıq...

20 Mart 2024 01:30

Martın 21-22-də keçiriləcək Avropa Birliyinin dövlət başçılarının sammitində AB islahatları müzakirə olunacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel sammit iştirakçılarına məktubunda bildirib.

"Biz həm AB-nin, həm də gələcək üzv dövlətlərin genişlənməyə hazır olmasını təmin etmək üçün bu iki yolun paralel olaraq davam etdirilməli olduğunu başa düşərək, yeni genişlənmə və AB islahatlarına hazırlıqları nəzərdən keçirəcəyik", - Mişel qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun