ABŞ-a məxsus tankerə raket hücumu oldu

20 Mart 2024 01:15

Yəmənin Ənsarullah hərəkatı Qırmızı dənizdə ABŞ-a məxsus maye neft qazı daşıyan "Mado" tankerinə hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmisi Yəhya Səriya məlumat verib.

Bildirilib ki, hücum zamanı gəmi əleyhinə raketlərdən istifadə olunub.

Gəmiyə vurulan zərərlə bağlı məlumat verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun