Aİ səfiri Azərbaycan xalqını belə təbrik etdi

19 Mart 2024 21:18

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və xanımı Mira Mixalkova Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin feysbuk səhifəsində paylaşım edilib.

"Novruz özü ilə sülh, rifah və birlik gətirən oyanış zamanıdır. Ailələr bir araya gəlir, bayram süfrələri açılır. Bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirik! Novruz bayramınız mübarək!", - paylaşımda deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun