Husilər Qırmızı dənizdə tankerə hücum etdi

19 Mart 2024 19:28

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Qırmızı dənizdə ABŞ-yə aid olduğunu müəyyən etdikləri "Mado" maye neft qaz (LPG) tankerinə hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın hərbi nümayəndəsi Yəhya Saria bildirib.

"Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ-yə məxsus "Mado" gəmisini hədəf alan bir neçə gəmi əleyhinə raketdən istifadə edərək əməliyyat keçirib", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun