Cənubi Sudanda hərbi təyyarə qəzaya uğradı

19 Mart 2024 19:23

Cənubi Sudanda "An-26" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəzanın təyyarənin eniş etdiyi zaman baş verdiyi bildirilir.

Qeyd edilir ki, hadisə vaxtı təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə yeddi nəfər olub.

Hələlik hadisə nəticəsində nə qədər insanın həlak olduğu məlum deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun