“HƏMAS-ın ləğvini başa çatdırmaqda qərarlıyıq”

19 Mart 2024 18:51

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Rəfahda quru əməliyyatı olmadan Qəzza zolağında qalan HƏMAS batalyonlarının məhv edilməsi mümkün deyil.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

"Biz HƏMAS-ın ləğvini başa çatdırmaqda qərarlıyıq. Bunun üçün Rəfahda qalan batalyonlar ləğv edilməlidir", - o deyib.

Onun fikrincə, qalan batalyonları məhv etmədən HƏMAS-ı hərbi yolla məhv etmək mümkün deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun