Moldova XİN Rusiya səfirinə nota verdi

19 Mart 2024 17:25

Rusiya səfiri Oleq Vasnesov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, Rusiyada prezident seçkisi ilə bağlı Dnestryanı bölgədə seçki məntəqələrinin açılması səbəbindən Rusiyanın Moldovadakı səfirinə etiraz ifadə edilib.  

Həmçinin Oleq Vasnesova nota verilib ki, bu notaya əsasən, səfirlik əməkdaşlarından biri "persona non grata" (arzuolunmaz şəxs) elan edilib. "Persona non grata" elan edilən əməkdaş yaxın vaxtlarda Moldova ərazisini tərk etməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun