Fatih Sultan Mehmetin medalyonu satışa çıxarıldı

20 Mart 2024 15:09

Fateh Sultan Mehmetə məxsus olduğu iddia edilən bürünc medalyon 82 milyon lirəyə satışa çıxarılıb. Hərrac evi Fatehin medalyonu talisman kimi boynunda daşıdığını bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Fateh Sultan Mehmet Osmanlı İmperatorluğunun indiyə qədər gördüyü ən böyük hökmdarlardan biri olub. İmperatorluğun yeddinci hökmdarı olan Fateh Mehmet gənc yaşlarında bir çox hərbi uğurlara imza atıb.

Ancaq adını tarixə yazdıran Sultan II Mehmetin ən böyük uğuru İstanbulun fəthi olub və ona "Fateh" titulunu qazandırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun