Tanınmış xanəndə vəfat etdi - FOTO

19 Mart 2024 14:16

Azərbaycan musiqisinə ağır itki üz verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Xalq artisti Xan Şuşinskinin tələbəsi, xanəndə Zəbulla Quliyev bu gün vəfat edib.

O, 75 yaşında infarktdan dünyasını dəyişib.

Sənətkar 1949-cu il iyulun 1-də Saatlı rayonu Seyidoba kəndində anadan olub. O, Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsini bitirib.

Zəbulla Quliyev dahi sənətkar Xan Şuşinskinin ilk tələbəsi olub.

Milli.Az