Astanada Türk Akademiyası açılacaq
22 May 2010 09:16
Qazaxıstan KİV-lərinin yaydığı xəbərə görə, indi türkdilli ölkələrdən arxeologiya, etnologiya, türkşünaslıq və ədəbiyyat sahələrində tədqiqatlarla məşğul olan alimlər Astanada işləyə biləcəklər.
Astanada Türk Akademiyasının açılması təklifini Qazaxıstan dövlətinin başçısı türkdilli ölkələrin Azərbaycanda keçirilən zirvə toplantısında irəli sürüb.
Nursultan Nazarbayevin sözlərinə görə, Akademiyada Türk Tarixi və Mədəniyyəti Mərkəzi, Türk Dillərinin Öyrənilməsi Mərkəzi, kitabxana və muzey fəaliyyət göstərəcək.
/AzərTAc/