Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? - ARAŞDIRMA - VİDEO

19 Mart 2024 18:39

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlində Azərbaycanda 2,646 milyon baş iribuynuzlu mal-qara, 8,19 milyon baş qoyun və keçi olub.

Ötən ilin sonunda azalaraq iribuynuzlu mal-qaranın sayı 2,533 milyon başa, qoyun və keçinin sayı isə 7,223 milyon başa düşüb. Bu ilin ilk ayında isə iribuynuzlu mal-qaranın sayı 2,51 milyon baş, qoyun və keçinin sayı isə 7,06 milyona olub.

Yəni, bir ayda iribuynuzlu mal-qaranın sayı 23 min baş, qoyun və keçinin sayı isə 163 min baş azalıb. Fermerlər bunu yemin baha olması ilə əlaqələndirirlər.

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan ətə olan tələbatı yerli istehsal hesabına ödəyə bilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun