Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək

19 Mart 2024 06:37

Bu gün Avropa Parlamentinin üzvləri Xarici Əlaqələr Komitəsində Avropa İttifaqına (Aİ) üzv ölkələrin nazirləri, nazir müavinləri və dövlət katibləri ilə Aİ-nin genişlənməsinin gələcəyini müzakirə edəcəklər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.

Məlumata görə, Avropa Parlamentinin üzvləri Aİ-nin genişlənməsinin gələcəkdə qarşılaşacağı problemlərə necə yanaşmaq barədə həll yolları axtarmaq istəyirlər.

Xatırladaq ki, fevral ayında Avropa Parlamenti Aİ-nin genişlənməsi məqsədilə institusional və maliyyə islahatlarına çağıran hesabat qəbul edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun