Rusiyada qızıl mədəni çökdü: dağıntılar altında qalanlar var

18 Mart 2024 22:41

Rusiyanın Amur bölgəsində qızıl mədənində uçqun baş verməsi nəticəsində 15 nəfər dağıntılar altında qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğunun məlumatında deyilir.

Məlumata görə, artıq xilasetmə qrupları hadisənin baş verdiyi Zeya bölgəsinə göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun