Qərb İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək istəyir

18 Mart 2024 23:42

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq İordan çayının qərb sahilində məskunlaşan İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə müvafiq planlar barədə razılığa gəliblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun