Fransada fermerlər hökumət binası qarşısına təkər yığdılar

18 Mart 2024 18:55

Hökumət yardımının ödənilməsi ilə bağlı gecikmələrdən narazı olan onlarla fransalı fermer, Tuluza yaxınlığındakı Balma kommunasında Xidmətlər və Ödənişlər Agentliyinin (ASP) qarşısına təkər və ağac budaqlarını atıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə bu gün "Fransinfo" radiostansiyası məlumat yayıb.

Qeyd edilib ki, qurum Avropa İttifaqının vahid kənd təsərrüfatı siyasəti çərçivəsində dövlət yardımının ödənilməsinə cavabdehdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun