Türkiyədə fabrikdə partlayış: 2 ölü, 6 yaralı

18 Mart 2024 17:55

Türkiyədə fabrikdə partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat verib.

Məlumata görə, hadisə Kocaelinin Gebze bölgəsində olub.

Qeyd edilib ki, partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun