PSJ-də ilk

18 Mart 2024 11:41

PSJ-nin forvardı Kilian Mbappe klubun tarixinə düşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, hücumçu Fransa Liqa 1-in 26-cı turunda "Monpelye" səfərində 250-ci qolunu vurub.

Oyunda het-triklə yadda qalan Kilian bütün turnirlərdə parislilərin heyətində 250 qol vuran ilk futbolçu kimi tarixinə düşüb. Matç PSJ-nin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, PSJ 26 turdan sonra 59 xalla turnir cədvəlinin lideridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun