Niyam Salami: "Robot arvad alacağam" - VİDEO

18 Mart 2024 10:13

Müğənni Niyam Salami yeni açıqlaması ilə gündəmə səs salıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi bağ evində qonaq etdiyi "Evdəkilər salam" verilişinə müsahibəsində yenidən ailə quracağından söz açıb.

"Biz insanlar artıq robot dövrünü keçirik. Ona görə də "robot arvad" alacağam. Bundan sonra o, evdə hamının əvəzinə iş görəcək".

Qeyd edək ki, N.Salami müsahibəsində bir dəfə nişanlı və bir dəfə evli olduğunu açıqlamışdı. Lakin müğənni bu evlilikdən uşağının olmadığını bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun