Putindən Navalnının ölümünə İLK REAKSİYA: "Heç nə etmək olmaz"

18 Mart 2024 08:42

Rusiya Prezidenti Vladimir Putin Aleksey Navalnının koloniyada ölməsinə ilk dəfə münasibət bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə MK məlumat yayıb.

"Azadlıqdan məhrumetmə yerlərində olan insanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Həyat belədir, heç nə etmək olmaz", - Putin qeyd edib.

O, həmçinin ABŞ-da buna bənzər halların olub-olmaması ilə maraqlandığını söyləyib.

"Dəfələrlə olub", - Rusiya lideri vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun