Ukrayna ordusu bu istiqamətdə 550 hərbçisini itirdi

16 Mart 2024 23:11

Belqorod və Kursk vilayətlərinin ərazisinə girməyə cəhd göstərən yüzlərlə diversantın bütün hücumları dəf edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"2,5 min təxribatçıdan 1,7 mini vurulub. Kiyev 550 döyüşçüsünü itirdi", - Peskov bildirib.

Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu bu gün Rusiyanın Belqorod və Kurlsk vilayətlərinə hücum edəcəyini açıqlamışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun