Pakistan ordusunun hərbi postuna hücum olub, 5 ölü var

16 Mart 2024 15:27

Pakistan ordusunun Əfqanıstan yaxınlığında yerləşən hərbi postuna hücum olub, 5 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, partlayıcılarla dolu maşınla posta hücum edilib, nəticədə təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

İnsidenti altı nəfərin törətdiyi deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun