Rusiyada üç maşın toqquşaraq yanıb, 5 nəfər öldü

16 Mart 2024 15:15

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində beş nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki,  Lyubinsk rayonunun Uvalo-Yadrino kəndi ərazisində baş verən qəzada ölənlərdən biri uşaqdır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, toqquşmadan sonra hər üç avtomobil yanıb.

Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun