Prezidentin İrakli Kobaxidze ilə təkbətək görüşü olub - VİDEO - FOTO

16 Mart 2024 14:07

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az