Miqrasiya çox ciddi məsələdir - Ahmedou Ould- Abdallah

16 Mart 2024 12:25

Miqrasiya çox ciddi məsələdir. Onun arxasında demoqrafik problemlər dayanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  bu barədə Qərbi Afrika üzrə baş katibin sabiq xüsusi nümayəndəsi Ahmedou Ould- Abdallah XI Qlobal Bakı Forumunda "Regional perspektivlər: Avropa Birliyi və qonşuları" adlı panel iclasında çıxışı zamanı deyib.

"Miqrantların təhlükəsizliyi yerli hökümət tərəfindən təşkil edilməlidir. Onlar köçkün olaraq çox aciz həyat sürür. İşsiz qaldıqları üçün mütəşəkkil cinayət qruplarının hədəfinə çevrilir.

Başa düşməliyik ki, problem miqrantlar deyil, miqrasiyaya səbəb olan problemlərdir",- deyə o bildirib

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun